İsrail oktyabrın 7-dən bu yana 51 min 305 qəzzalını öldürüb

Bölmə: Dünya › ,
Tarix: 22:04 23.04.2025

İsrail işğalçı qüvvələrinin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 51 min 305-ə yüksəlib.

 

 

Qəzzada Fələstin Səhiyyə Nazirliyi vasitəsilə edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb. Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 39 nəfər ölüb, 105 nəfər yaralanıb. Yanvarın 19-da Qəzzada razılaşdırılan atəşkəsi pozan İsrail işğalçı qüvvələrinin 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1928 fələstinlinin həyatını itirdiyi, 5055 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 305 nəfərə, yaralı sayının isə 117 min 96 nəfərə yüksəldiyi bildirilib.



Mənbə: a haber
Nərmin Həşimova