Putin yenidən atəşkəs elan edib

Tarix: 16:24 28.04.2025
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri ilə əlaqədar atəşkəs elan edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələri mayın 8-i gecə yarısından 11-i gecə yarısına kimi humanitar səbəblərə görə hərbi əməliyyatları dayandıracaq: "Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılıb. Rusiya hesab edir ki, Ukrayna tərəfi bundan nümunə götürməlidir. Kiyev atəşkəsi pozarsa, Rusiya qoşunları adekvat və effektiv cavab verəcəklər. Moskva bir daha bəyan edir ki, Ukrayna böhranının köklü, konstruktiv tərəfdaşı və konstruktiv səbəblərinin aradan qaldırılmasına yönəlmiş ilkin şərtlər olmadan dinc danışıqlara hazırdır".