PKK-nın tərksilah prosesi necə həyata keçirilə bilər?

Tarix: 22:03 19.05.2025
Milli Müdafiə Nazirliyi may da yaydığı bəyanatda tərksilah prosesində "region ölkələrinin həmkarları ilə koordinasiyalı mexanizm yaradılacaq",- deyib. Açıqlamada vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri “Ərazi təmizlənənə və ölkəmiz üçün artıq təhlükə yaratmayacağına əmin olana qədər quru axtarış və tarama fəaliyyətinə, PKK-nın istifadə etdiyi bölgələrdə mağara, sığınacaq, mina və əldəqayırma partlayıcı maddələrin aşkar edilərək məhv edilməsinə qətiyyətlə davam edəcək”. Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə baş analitiki Berkay Mandıracının sözlərinə görə, ilk növbədə konkret addımların atılması gözlənilir.
“Türk ordusu əməliyyatlarını dayandıracaq” gözləntilərindən sonra qanuni tənzimləmələr və Öcalanın şərtlərini yaxşılaşdırmaq üçün atılacaq addımlar, silahsızlanma gələcək.
Mandıracının sözlərinə görə, bu qarşılıqlı addımların necə ardıcıllıqla atılacağı hələ bəlli deyil. “Lakin bunlar üzrə irəliləyiş bizim real tərksilah, demobilizasiya və nəticədə reinteqrasiyaya aparan yol görüb-görmədiyimizi müəyyən edəcək”.
BBC NEWS
Səmayə Səftərova