Atəşkəs olacaq?-Rusiya-Ukrayna

Bölmə: Siyasət › ,
Tarix: 22:14 19.05.2025

Rusiya Ukraynaya rekord sayda dron buraxıb. Mayın 18-ə keçən gecə Rusiya ordusu Ukraynaya qarşı müharibə dövründə ən kütləvi dron hücumunu həyata keçirib. Ukrayna Hava Qüvvələri Komandanlığı 273 müxtəlif növ dronun beş istiqamətdən buraxıldığını açıqlayıb.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə danışıqlar davam etsə də, Rusiyanın bu addımı atması şübhəsiz ki, Kiyevi razı salmaq cəhdidir:

 

"Hazırda Moskvanın çox ağır tələbləri var. Rusiya tərəfi çalışır ki, Ukraynaya öz tələblərini qəbul etdirsin. Bu hadisədən Rusiya yararlı çıxmağa çalışır. Ancaq digər vasitəçi ölkələr Türkiyə, Amerika, Rusiyanın özündən də güzəştlər tələb edirlər. Rusiyanı burada zəiflədən əsas məqam onun sanksiyalarla üzləşməsidir. Amerika və Avropa ölkələrindən ağır sanksiya siyasətindən qorxduğu üçün İstanbul danışıqları ilə bağlı Ukraynaya çağırış edib. Sankisiyalardan yayınmaq üçün bu cür addımlar atır. Eyni zamanda danışıqlar fonunda Ukraynanı sürətli şəkildə dron zərbələri endirərək çalışır ki, Ukrayna tərəfini kapituliyasiyaya məcbur etsin".

 

Ekspert bildirib ki, Rusiyanın istədiyi tez bir zamanda Ukrayna ilə müqavilə bağlamaqdır:

 

"Lakin buna öz şərtləri daxilində nail olmağa çalışır. Sülh müqaviləsinin bağlanması və tez bir zaman da Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Bununla ölkənin iqtisadi vəziyyətini dircəltməyə çalışır. Çünki Rusiyanın iqtisadi vəziyyəti xüsusəndə bank sektoru ciddi təlatum içindədir. Dəfələrlə mərkəzi bank rəhbərliyi Kremlə bu barədə xəbərdarlıq edib ki, müharibənin aparılması Rusiyanın bank sektorunda ciddi gərginliyə səbəb olur. Buna baxmayaraq, müharibə davam edir. Bu zərbələr çox böyük ehtimalla yaxın günlərda daha da şiddətlənəcək. Çünki Rusiyanın əsas istəyi öz şərtləri əsasında sülhə nail olmaqdır. Ukrayna sonun qədər müqavimət göstərsə Rusiyanın həmin o hücum strategiyasını dəf edə bilər. Yaxın zamanlar da Rusiya çalışır ki, bununla razılaşsın. Yəni Ukrayna ilə müqavilənin bağlanmasına razılaşsın. Yoxsa əks-təqdirdə digər ölkələrin ağır sanksiya siyasəti ilə üzləşəcək".


Ayşən Səlimova