ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir-Rubio

Tarix: 22:20 19.05.2025
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyir və bu məqsədə sülh yolu ilə çatmağa çalışır.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator. az"a açıqlamasında bildirib ki, Tramp danışıqlar yolu ilə məsələnin həllinə üstünlüklər verir:
"Artıq İran və ABŞ arasında həyata keçirilib. Tramp danışıqlarda da vurğulayıb. Danışıqlar əsasən Oman vasitəsi ilə Məsxət şəhərində həyata keçirilir. Danışıqlar nəticəsində hazırda ciddi bir razılığ əldə olunmasa da, tərəflər danışıqlara pozitiv yanaşıblar. ABŞ ən son danışıqlardan sonra danışıqlarda mövqelərin fikirlərinin bir-birinə müəyyən məsələdə yaxın olduğunu bildirdi. Amma bununla belə bu daha çox pərdə asmaq üçün işlədilən ifadələrdir. Yəni əslində müəyyən problemlər var. O problemlərin də kökündə tərəflər arasında ciddi fikir ayrılıqlarının olmasıdır. İranın nüvə proqramının ləğvi ilə bağlı fikirlər ayrıdır. ABŞ nümayəndəsi bildirib ki, İrandakı nüvə proqramı tamamilə dayandırılmalıdır. İran bunun əleyhinədir. İran üçün nüvə zənginləşdirilməsi artıq onun üçün doktirinal məsələdir. Yəni dövlətin siyasətinin uzun illərdir, tərkib hisəssidir və fikirindən geri dönmək İrana görə ölkənin zəifliyi anlamına gələ bilər. Onun üçün heç bir təqdirdə bu məsələsə güzəştə getmək istəmir. İranın təklifi odur ki, nüvə proqramı müəyyən faizdən çox olmasın, yəni 3,67 faiz olsun. Amma Beynalxalq manitorinq missiyası atom enerjisi üzrə əməkdaşalar gəlib İranda baxış həyata keçirisin. Bunu da ABŞ müsbət qarşılanmır. Çünki ABŞ həm proqramın ləğvini istəyir, həm də ABŞ nümayəndələrinin gəlib, təftiş aparmasını istəyir ki, İran da buna qarşıdır. Bunun üçün danışıqların növbəti raundunun da davam edəcəyi ehtimalı var. Çünki ABŞ hərb həll yoluna tərəfdar deyil. Baxmayaraq ki, İsrail hər vəziyyətdə bunun baş verməsini istəyə bilər. Amma bu danışıqlarda böyük bir nailiyyətlərin əldə olunacağına ümid edilmir".
Ayşən Səlimova