İstanbul sahilində zəlzələ olub

Bölmə: Dünya › ,
Tarix: 00:55 21.05.2025

 

İstanbulun Mərmərə sahilində 4 maqnitudalı zəlzələ olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin Bahçelievler rayonundan 23,63 km cənub-qərbdə – Mərmərə dənizində qeydə alınıb. Zəlzələnin ocağı 8,16 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatıladaq ki, aprelin 23-də İstanbulda güclü zəlzələ baş verib.