ABŞ-də baş verən fırtına 29 nəfərin həyatına son qoyub

Bölmə: Dünya › ,
Tarix: 21:24 20.05.2025

ABŞ-nin Kentukki və Missuri ştatlarında baş verən güclü fırtına və qasırğa nəticəsində həyatını itirənlərin sayı 29-a yüksəlib.

 

ABŞ-nin Milli Hava Xidməti (NWS) rəsmiləri ölkənin müxtəlif bölgələrində “təhlükəli hava hadisələri” ilə bağlı xəbərdarlıq ediblər.

 

Rəsmilər bildiriblər ki, ölkənin cənub bölgələrində həddindən artıq isti hava şəraiti müşahidə olunacaq. Kentukki və Missuri ştatlarında isə baş verən şiddətli fırtına və qasırğa səbəbilə ümumilikdə 29 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

 

Haber Global 

Nuray Əliyeva