Böyük Britaniyadan Rusiyaya yeni sanksiyalar

Bölmə: Dünya › ,
Tarix: 21:27 20.05.2025

Böyük Britaniya, Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını, eləcə də bəzi şəxs və qurumları hədəf alan 100 yeni sanksiya tətbiq etdiyini açıqlayıb.

 

Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, bu son sanksiyalar Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 17-ci sanksiya paketindən əvvəl elan olunub. Atılan addımlar Ukraynada davamlı sülhün təmin edilməsi məqsədilə aparılan beynəlxalq səylərin bir hissəsidir.

 

Bəyanatda bildirilib ki, Böyük Britaniyanın yeni sanksiyaları Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını, həmçinin bəzi şəxs və qurumları əhatə edir. Eyni zamanda “dezinformasiya kampaniyaları həyata keçirən” 14 Sosial Dizayn Agentliyi üzvünün də sanksiya siyahısına daxil edildiyi qeyd olunub.

 

Bu günkü sanksiyalar siyahısında 46 maliyyə qurumu, Rusiyaya məxsus Əmanətlərin Sığortalanması Agentliyi və Sankt-Peterburq Valyuta Birjası, Rusiya neftini daşıyan və “kölgə donanmasına” aid olduğu bildirilən 18 gəmi, habelə bu donanmanı dəstəkləyən şəxs və qurumların olduğu açıqlanıb.

 

 

TRT Xəbər 

Nuray Əliyeva