Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Tarix: 21:37 20.05.2025
Macarıstan Milli Assambleyasının ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxarılması barədə qərar qəbul etdiyi bildirilir.
Macarıstan Milli Assambleyası hakim Fides (Macar Vətəndaş Birliyi) və Xristian Demokrat Xalq Partiyasının (KDNP) deputatları tərəfindən Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmaq üçün səs verib. KDNP Prezidenti və Baş nazirin müavini Zsolt Semjenin təqdim etdiyi BCM-dən çıxmaq təklifi 137 lehinə, 37 əleyhinə və 7 bitərəf olmaqla qəbul edilib. Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto, İsrail Baş naziri Binyamin Netanyahunun həbs qərarı ilə BCM-nin siyasi motivli bir quruluşa çevrildiyini iddia edərək, "Biz macarlar siyasi məqsədlərə xidmət edən bir məhkəmə sisteminin bir parçası olmaq istəmirik",-dedi.
Mənbə:CNN Türk
Əminə Əliyeva