Arsenal əməkdaşını İsrail əleyhinə yazılara görə işdən çıxarıb

Bölmə: Dünya › ,
Tarix: 21:46 20.05.2025

Premyer Liqa təmsilçisi "Arsenal" 22 ildir klubda işləyən avadanlıq meneceri Mark Bonniki sosial şəbəkələrdə İsrail əleyhinə yazdığı paylaşımlara görə işdən çıxarıb.

 

61 yaşlı Bonnik reputasiyasının zədələndiyini və təzminat və işə bərpa olunması üçün məhkəməyə müraciət etdiyini bildirib. İngiltərə mətbuatında çıxan xəbərlərə görə, 22 il klubun avadanlıq meneceri vəzifəsində çalışan Mark Bonnik İsrail əleyhinə yazdığı yazılara görə klubdan qovulub. 

 

Mənbə: A Haber 

Çimnaz Telmanqızı