Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırıb

Tarix: 21:53 20.05.2025
Venesuela "terror təhlükəsi" səbəbi ilə qonşu Kolumbiyaya bütün uçuşları müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Daxili işlər naziri Diosdado Kabello dövlət televiziyası VTV-yə açıqlamasında Kolumbiyadan ölkəyə çoxlu sayda muzdlu əsgərin daxil olduğunu və buna görə də mayın 25-də keçiriləcək parlament seçkiləri öncəsi bir sıra ehtiyat tədbirləri görməyə qərar verdiklərini bildirib.
Seçkilərdə təxribat cəhdlərinin edildiyini iddia edən Kabello: "Kolumbiyadan Venesuelaya bütün uçuşların dərhal dayandırılması əmrini verdik. Çünki əlimizdə olan məlumata görə, zorakılıq, terror və mafiya ilə əlaqəsi olan şəxslərin Kolumbiyadan quru sərhədindən istifadə edərək ölkəyə daxil olduğunu müəyyən etdik",-dedi. Kabello 17-si əcnəbi olmaqla cəmi 38 nəfərin nəzarətə alındığını, həbs olunanlar arasında Kolumbiyalıların da olduğunu bildirib.
Mənbə:TRT Haber
Zəhra Möhübbətova