İspaniyada daha bir şok!

Bölmə: Dünya › ,
Tarix: 21:56 20.05.2025

Alınan son dəqiqə məlumata görə, İspaniyanın telefon xətləri və internet xidmətləri dörd həftə əvvəl geniş yayılmış elektrik kəsilməsindən sonra sıradan çıxıb. Təcili yardım xətlərində də fasilələr yaranıb.


Ümummilli miqyasda kütləvi elektrik kəsilməsindən cəmi dörd həftə sonra İspaniya mobil rabitə infrastrukturunun daha bir böyük çöküşü ilə üzləşib. Yerli KİV-in məlumatına görə, fasilə bütün əsas mobil operatorlara təsir edib. Movistar, Orange, Vodafone, Digimobil və O2-nin hamısının bu kəsilmədən təsirləndiyi bildirilir. İspaniya mətbuatının yazdığına görə, ən çox stasionar telefonlar zərər çəkib. Bəzi ərazilərdə fövqəladə qaynar xətlər oflayn olaraq qalsa da, səlahiyyətlilər alternativ telefon nömrələri təqdim edərək müdaxilə edib. Fransa sərhədinə yaxın Araqon bölgəsində qaynar xəttlər bərpa edilsə də, başqa yerlərdə problemlər davam edir.

 



Mənbə:CNN Türk
Zəhra Möhübbətova