Rusiya atəşkəs üçün şərtlər siyahısını Ukraynaya təqdim edəcək

Bölmə: Siyasət › ,
Tarix: 22:02 20.05.2025

Rusiya atəşkəs üçün hazırladığı şərtlər siyahısını Ukraynaya təqdim edəcək. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya prezidenti Putinlə ABŞ prezidenti Donald Tramp arasında ayın 19-da iki saata yaxın davam edən telefon danışığı baş tutdu:

 

"Həmin telefon danışığını həm Rusiya prezidenti, həm də Amerika prezidenti müsbət qiymətləndirdi. Xüsusi ilə də ABŞ prezidenti bunu çox yüksək qiymətləndirdi. Orada Rusiya prezidenti Putin də ilk dəfə olaraq, kompramislərdən danışdı. Sözsüz ki bütün hallarda həll forması, tənzimləmə forması, kompromis forması Rusiyanın xeyrinə olacaqdır. Çünki Rusiyanın yaratdığı hərbi, siyasi reallıq mövcuddur. ABŞ-nin prezidenti də bu reallıqdan bəhs edir. Bu ilin Fevralında Minxen təhlükəsizlik konfransı zamanı ABŞ vitse-prezidenti Divensdə Avropa liderləri qarşısında çıxışı zamanı Avropanı və Ukraynanı ittiham etdi. Bundan başqa NATO baş katibi də, ABŞ dövlət katibi də etiraf edirlər ki, Ukrayna əvvəlki sərhədlərinə qayıda bilməyəcək. Bu da ondan xəbər verir ki, Rusiyanın yaratdığı reallıqlardan çıxış etmək məcburiyyətindədilər və başlanğıcdan Rusiyanın şərtləri mövcuddur. Atəşkəs üçün, sülh sazişinin imzalanması üçün başlıca şərt ondan ibarətdir ki, münaqişənin başlanmasının əsas səbəbləri aradan qaldırılmalıdır. Rusiya tərəfinin də səbəbləri bunlardır. NATO-nun Ukrayna ərazisinə doğru, Şərqə doğru genişlənməsi, Ukraynanın NATO-ya üzv olması, Rus dili əhalinin Ukraynada sıxışdırılması və başqaları aiddir. Lakin bu qeyd etdiklərim əsas Rusiyanın şərtləri kimi göstərilir. Bu gün də həmin şərtlərin mövqeyi dəyişməz qalır. Yenə də Putin Trampla ilkin səbəblərdən danışdı. Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu səbəblər aradan qalxmalıdır".

 

Ekspert bildirib ki, Zelenski isə bu şərtlərini qəbul edilməz hesab edir:

 

"Amma bununla yanaşı Rusiya ilə danışıqlar aparması üçün daimi nümayəndə heyətini formalşadıracağınıda dedi. Ukraynanın Müdafiə Naziri ilə görüşdən sonra məhz özünün sosial şəbəkəsində Zelenski özünün mövqeyini paylaşıb. Yəni bütün hallarda Ukraynaya indi ki şərtlər çərçivəsində danışıqlar aparmalıdır və aparacaqdır. Bu da onun göstəricisidir ki, Rusiya hansı şərtlər irəli sürməsindən asılı olmayaraq, Ukrayna danışıqları aparmaq məcburiyyətindədir. Çünki burada Trampın mövqeyi də həll edicidir. Bir müddət əvvəl ABŞ ilə Ukrayna arasında faydalı qazıntılarla bağlı, sazişdə imzalandı. ABŞ-də münaqişənin tezliklə bitəcəyi ilə bağlı təsəvvürlər mövcuddur. Bu təsəvvürləri formalaşdıran və dəstəkləyəndə ABŞ-nin özüdür. Tramp Putinlə danışığı çox yüksək qiymətləndirdi və gördük ki, Trampın əsas hədəfi Rusiya ilə münasibətləri yoluna qoymaqdan ibarətdir. Yəni bu gün Ukrayna ABŞ üçün pirortet deyil".


Ayşən Səlimova