Aİ İsrailə ticarət imtiyazları verən tərəfdaşlıq sazişini nəzərdən keçirəcək

Bölmə: Dünya › ,
Tarix: 22:02 20.05.2025

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, Aİ-nin İsrailə ticarət imtiyazları verən Assosiasiya sazişini nəzərdən keçirəcəyini açıqlayıb.

 

Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verən Kallas, üzv ölkələrin böyük əksəriyyətinin Hollandiyanın Aİ-İsrail Assosiasiya Sazişinə yenidən baxılması təklifini dəstəklədiyini bildirib.

 

"Buna görə də biz bu işə başlayacağıq. Bu arada humanitar yardım maneəsini aradan qaldırmaq İsrailin üzərinə düşür", - Aİ-nin ali nümayəndəsi bildirib. 

 

"Biz bu işə başlayırıq və bu vaxt həqiqətən ümid edirik ki, humanitar yardımın qarşısı alınacaq və vəziyyət yaxşılaşacaq",- Kallas deyib.

 

Aİ İsrailin ən böyük ticarət tərəfdaşıdır.

 

2000-ci ildə qüvvəyə minmiş Aİ-İsrail Assosiasiyası Sazişi tərəflər arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq üçün hüquqi bazanı müəyyən edir.

 

Müqavilənin ikinci maddəsində ortaqlığın “insan hüquqlarına və beynəlxalq hüquqa riayət edilməsi” şərti ilə bağlı olduğu qeyd edilib.

 

Müvafiq təklifi təqdim edən Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp, Kallasa yazdığı məktubda Qəzzadakı blokadanın beynəlxalq humanitar hüququ və buna görə də Aİ ilə İsrail arasında ticarəti tənzimləyən Assosiasiya sazişinin 2-ci maddəsini pozduğunu bildirib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli