Azərbaycan 2026-cı ildə İƏT tədbirinə ev sahibliyi edəcək

Tarix: 22:05 20.05.2025
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv Al-Misnəd arasında keçirilən görüşdə iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, həmçinin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın göstəricisidir:
"Bu etimad təsadüfi deyil. Azərbaycan həm İƏT-in üzvü, həm də təşkilata sədrlik etdiyi dövrlərdə fəal fəaliyyət göstərərək, mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycanın irəli sürdüyü ideyalar və töhfələr İslam dünyasında və qlobal miqyasda ölkənin nüfuzunun güclənməsinə səbəb olub. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT səviyyəsinə qədər yüksələn platformalar bu sahədə xüsusi rol oynayıb".
Müsahib Azərbaycanın multikulturalizm və dinlərarası dialoq istiqamətində gördüyü işlərin İƏT çərçivəsində dəstəklənməsinin təşkilatın beynəlxalq nüfuzuna müsbət təsir etdiyini vurğulayıb:
"2026-cı ildə keçiriləcək tədbirin əsas gündəliyində təşkilatın gələcək fəaliyyət istiqamətlərinin, yeni yol xəritəsinin və üzv dövlətlərin təkliflərinin müzakirəsi gözlənilir. Eyni zamanda, tədbir çərçivəsində bəzi qərarların səsverməyə çıxarılması da planlaşdırılır".
Selcan Əhmədli