Rubio Xəzər interkonnektorundan danışıb

Bölmə: Dünya › ,
Tarix: 22:10 20.05.2025

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.

 

"İnformator.az" Azərtac-a istinadən xəbər verir ki, dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verib.

 

Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda qaz kəmərinin kifayət etdiyini deyib. O, bu interkonnektoru tamamlamağın ABŞ-nin  marağında olub-olmadığını Marko Rubiodan soruşub.

 

 

“Düşünürəm ki, bəli. Mən bu 20 mil ilə bağlı mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, - deyə Rubio cavabında bildirib.