Rusiya Xaçatryanı ABŞ-yə qaytarmayacaq

Tarix: 22:25 20.05.2025
ABŞ vətəndaşı, erməniəsilli Andre Xaçatryan Amerika tərəfindən Rusiya ilə məhbus mübadiləsi üçün təqdim olunan siyahıya daxil edilməyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra məlumat verib.
O bildirib ki, prezidentlər “9-un 9-a” formatında mümkün məhbus mübadiləsi ilə bağlı razılığa gəlib.
Amerikalı məhbus Andre Xaçatryan bu siyahıya salınmayıb.
Qeyd edək ki, Andre Xaçatryan 2021-ci ilin dekabrında ABŞ-dən Ermənistana tranzit uçuş zamanı Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Onun baqajında patronlarla birlikdə “Glock 17” markalı tapança aşkar olunub. Xaçatryan 2023-cü ildə silah qaçaqmalçılığı ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.