Fransa silahları Ermənistandadır: Bəs, rus silahları? - Gevondyan

Tarix: 08:24 26.05.2025
Fransa xarici işlər nazirinin əleyhinə danışmaq üçün heç bir ilkin şərt yoxdur, çünki Fransa Ermənistana qarşı heç bir xəyanətkar hərəkətə yol verməyib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Robert Gevondyan Ermənistana 20 mayda səfər edən Rusiya XİN başçısı Sergey Lavrovu “Putin qatildir” şüarı ilə qarşılayanların 26 mayda Fransa XİN rəhbəri Jan Noel Barronu təmtəraqla qarşılamağa hazırlaşması ilə bağlı məlumat haqda deyib.
“Lavrov həqiqətən qatil olan lideri təmsil edir. Putin bu gün Ukraynada insanları qətlə yetirməkdə davam edir, Fransa prezidenti isə heç kimi öldürməyib, Fransaya rəhbərlik edir, Ermənistanla tərəfdaşlıq münasibətləri həyata keçirir, üstəlik, Ermənistan qarşısında heç bir öhdəliyi olmadan, heç bir sənəd imzalamadan, ən azı, son beş ildə Ermənistana müqavilə öhdəlikləri olan Rusiya Federasiyasından qat-qat artıq yardım göstərib. Lavrovun dövləti isə bizə qarşı xəyanətkar hərəkətlər edib”, - o bildirib.