Türkiyə müdafiə sənayesi küləyi Avropada əsir

Bölmə: Dünya › ,
Tarix: 21:31 29.05.2025

İxracat baxımından tarixinin ən məhsuldar dövrlərindən birini yaşayan Türkiyə müdafiə sənayesi Avropanı fırtına ilə vurur. Portuqaliyadan İspaniyaya, Almaniyadan Polşaya qədər bütün qitədə yerli və milli məhsullarla bayraq nümayiş etdirən Türkiyə, bu uğurunu önümüzdəki illərdə qat-qat artırmağı planlaşdırır.

 

Türkiyənin ən əhəmiyyətli ixracat məhsullarından biri olan müdafiə sənayesi üçün yeni marşrutlardan biri də Avropadır... Son aylarda İspaniyadan Portuqaliyaya, Polşadan Almaniyaya qədər bir çox fərqli ölkə ilə müqavilə imzalayan Türk müdafiə sənayesi şirkətləri də yeni bir dövrün qapısını açıb.

 

Bütün qitədə yayılan ixrac xəbərləri əlbəttə ki, diqqət çəkir. Amma daha önəmlisi odur ki, çox yüksək hərbi standartlara malik Avropa ölkələri niyə Türkiyəni seçirlər? Çünki bu sualın cavabı təkcə bu gün üçün deyil, həm də yaxın və orta perspektivdə bizi necə gələcək gözlədiyini anlamaq üçün dəyərlidir.

 

Mənbə:TRT haber
Ayşən Səlimova