Rusiya Ukraynaya danışıqlar təklif edir

Tarix: 21:34 29.05.2025
Rusiya Ukraynaya sülh danışıqlarının yeni mərhələsinin iyunun 2-də İstanbulda keçirilməsini təklif edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının yeni mərhələsinin iyunun 2-də İstanbulda keçirilməsini təklif etdiklərini açıqlayıb. Lavrov yazılı açıqlamasında Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Ukrayna ilə birbaşa danışıqların yenidən başladığını bildirib.
Lavrov, Rusiyanın danışıqlar nəticəsində davamlı həllə nail olmaq üçün memorandum hazırladığını vurğulayaraq, "Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətimiz bu memorandumu 2 iyun bazar ertəsi İstanbulda davam etdirilən birbaşa danışıqların ikinci raundu zamanı Ukrayna nümayəndə heyətinə təqdim etməyə və lazımi açıqlamalar verməyə hazırdır"- deyib.
Haber Global
Əminə Əliyeva