Ağdərədə mülki şəxs minaya düşüb

Bölmə: Hadisə › ,
Tarix: 19:44 30.05.2025

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

 

"İnformator.az" xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

 

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.


Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.