AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib

Bölmə: Şərhsiz › ,
Tarix: 12:29 02.06.2025

2 İyun - Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

 

Ziyarət zamanı ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Həmçinin ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.