“WhatsApp”a alternativ gəlir

Bölmə: Maraqlı › ,
Tarix: 16:04 23.02.2016

“Google”un yaratdığı və bu səhər açıqladığı bütün Android telefonlar üçün nəzərdə tutulan “Jibe” adlı proqram “WhatsApp” başda olmaqla mesajlaşma proqramına böyük zərbə endirəcək.

İnformator.az xəbər verir ki, Androidlərə qurulacaq gələcək proqram əsas mesajlaşma tətbiqi olacaq.

Qısa mesaj xidməti, yəni SMS artıq mobil cihaz istifadəçiləri tərəfindən unudulur. Bunun səbəbi isə sosial şəbəkələrin təqdim etdiyi, daha işlək mesajlaşma xidmətləridir.

İşə başlayan “Google” bütün Android cihazlara istifadə edilə biləcək və “Rich communucations Services”ə (RCS- dünya səviyyəsində rabitə keyfiyyətinin müəyyən edildiyi sistem) uyğun mesajlaşma proqramı yaradıb.

“Google”un RCS-ə uyğun mesajlaşma platforması qurması mesaj yazarkən şəkil, video göndərə bilmək, qruplarda danışa bilmək deməkdir. Yəni telefonunuzda “WhatsApp” tərzində SMS sistemi olduğunu düşünə bilərsiniz.

“Jibe” adı verilən bu proqram Android cihazları üçün olacaq və GSM operatorları tərəfindən dəstəklənəcək. Oxşar sistemi Apple iPhone  istifadəçilərin iMessage ilə təqdim edir.