İran MAQATE-yə və Qərbə xəbərdarlıq edir

Tarix: 16:13 11.06.2025
İran, MAQATE və Qərb ölkələrinin tənqidlərinə cavab olaraq, nüvə proqramı ilə bağlı "mütənasib" addımlar atılacağını açıqlayıb. Atom Enerjisi Təşkilatının rəsmisi Behrouz Kamalvəndi bildirib ki, əməkdaşlıq azaldıla bilər və agentlik bu halda fəaliyyət göstərə bilməz.
Vyana şəhərində MAQATE-nin Rəhbərlər Şurasının iclası keçirilir. Burada İranın nüvə öhdəliklərinə əməl etmədiyi iddia olunub. Fransa, Almaniya və Britaniya Tehrana qarşı tənqidi qətnamə təqdim etmək istəyir.
İran bu cəhdləri təzyiq kimi qiymətləndirir. Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, belə bir addım Qərbin daha bir strateji səhvi olacaq. O vurğulayıb ki, İranın nüvə proqramı dinc xarakter daşıyır və nüvə silahı hədəfi yoxdur. İran, BMT sanksiyaları bərpa olunarsa, MAQATE-nin ölkəyə girişini dayandıracağını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxacağını istisna etmir.
Al Jazeera
Qəmər Kazımzadə