"Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir

Bölmə: İdman › ,
Tarix: 16:48 11.06.2025

"Hall Siti" klubu iyunun 30-da "Nürnberq" (Almaniya) ilə müqaviləsi başa çatan Mahir Emrelini transfer etmək istəyir.

 

“İnformator.az” "Hall Live"a istinadən xəbər verir ki, İngiltərə klubu Mahiri azad agent qismində heyətinə cəlb etmək niyyətindədir.

 

Bildirilir ki, Emreli mərkəz hücumçusu olsa da, ön xətdə hər iki cinahda da oynaya bilir. "Hall Siti" mövsüm ərzində zəif hücum xəttini gücləndirmək məqsədilə məhz bu çevikliyi nəzərə alır. Qeyd edilir ki, Emreli Çempionlar Liqası və Avropa Liqası daxil olmaqla, Avropa yarışlarında da geniş təcrübəyə malikdir.

 

Keçən mövsüm "Hall Siti" yalnız 44 qol vurub və bu, liqanın ən zəif göstəricisidir. Komanda son turda aşağı liqaya düşməkdən çətinliklə xilas olub. Komandanın ən məhsuldar oyunçusu Joao Pedro cəmi altı qolla yadda qalıb.

 

 

Hücum xəttinin gücləndirilməsi hazırda idman direktoru Jared Dublin və yaxınlarda transfer rəhbəri təyin olunan Martin Hodc üçün əsas prioritet hesab olunur.

Qeyd edək ki, Mahir Emreli bir mövsüm keçirdiyi "Nürnberq"in forması ilə meydana çıxdığı 25 oyunda 11 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb.