Nyu-Yorkda polislə toqquşma olub, 80-dən çox etirazçı saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 17:01 11.06.2025

ABŞ-nin hüquq-mühafizə orqanları Nyu-Yorkda Donald Trampın mühacir siyasətinə etiraz edən 80-dən çox şəxsi saxlayıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "New York Post" nəşri Nyu-York polisindəki mənbələrə istinadən məlumat yayıb.

 

Belə ki, minlərlə etirazçı şəhər meriyasının qarşısına toplaşaraq ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin hərəkətlərinə etiraz edib.

 

Dinc etiraz daha sonra polislə toqquşmaya çevrilib. Saxlanılanlar ictimai asayişi pozmaqda ittiham olunublar.