Cənubi Afrikada qış kabusu

Tarix: 18:01 11.06.2025
Cənubi Afrikada güclü qar fırtınası genişmiqyaslı dağıntılara və insan ölümlərinə səbəb olub.
"İnformator.az" "Spiegel"ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində azı yeddi nəfər həyatını itirib. Fırtınadan ən çox zərər çəkən bölgələr Şərqi Keyp və Kvazulu-Natal vilayətləri olub.
Şərqi Keypdə güclü sel nəticəsində bir məktəb avtobusu suda batıb. Xilasedicilər üç uşağı xilas edə biliblər - onların ağaclara sarılaraq sağ qaldığı bildirilir. Lakin hadisə zamanı neçə nəfərin itkin düşdüyü hələ də məlum deyil.