Şırnakda İldırım Faciəsi: 95 Heyvan tələf olub

Bölmə: Dünya › ,
Tarix: 21:39 11.06.2025

Şırnakın bir kəndində ildırımın sürüyə isabət etməsi nəticəsində 95 xırdabuynuzlu heyvan tələf olub.

 

Rayonun Boyuncuk kəndində heyvan otaran çoban Abdulhakim Öner, qəfil başlayan güclü yağış səbəbilə sürünü toplayaraq kəndə qayıtmağa qərar verib. Lakin kəndə yaxın ərazidə ildırım düşməsi nəticəsində sürüdəki heyvanların böyük hissəsi tələf olub.

 

Hadisə barədə məlumat alan yerli sakinlər dərhal 112 Təcili Tibbi Yardım və jandarma qruplarını xəbərdar ediblər. Qısa müddətdə hadisə yerinə çatan qruplar təhlükəsizlik tədbirləri görüblər.

 

Xoşbəxtlikdən, çoban hadisədən zərər görməyib. Hadisədən sonra Şırnak İlçe Kənd Təsərrüfatı Müdirliyinin əməkdaşları kəndə gələrək zərərin qiymətləndirilməsi ilə bağlı işlərə başlayıblar.

 

TRT Xəbər 

Xəlilli Nigar