Fahrettin Altun: Türkiyə, 5-ci nəsil döyüş təyyarəsi ixrac edən ölkələr arasında

Tarix: 21:40 11.06.2025
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, KAAN döyüş təyyarəsinin İndoneziyaya ixracı ilə bağlı imzalanan müqavilə haqqında sosial media hesabında açıqlama verib.
Altun açıqlamasında belə deyib:
"Cənab Prezidentimizin uzaqgörən liderliyi sayəsində Türkiyə, 5-ci nəsil döyüş təyyarəsi ixrac edən sayılı ölkələr sırasına daxil olmuşdur, çox şükür”.
Altun bildirib ki, KAAN döyüş təyyarəsi dost və qardaş İndoneziya ilə imzalanan müqavilə çərçivəsində ilk ixrac uğurunu əldə edib. O, əlavə edib:
"Müdafiə sənayesində müstəqillik və yüksək texnologiyaya nail olmaq hədəflərimiz istiqamətində atılan bu böyük addım, 'Türkiyə Əsri' vizyonumuzun ən konkret göstəricilərindən biridir. Bu tarixi uğurda əməyi keçən bütün qardaşlarımıza ürəkdən təşəkkür edirik”.
TRT Xəbər
Xəlilli Nigar