ABŞ Prezidenti Donald Trampdan Fed-ə mesaj

Bölmə: Dünya › ,
Tarix: 22:15 11.06.2025

 

 

ABŞ Prezidenti Donald Tramp, açıqlanan illik və aylıq inflyasiya göstəricilərinin gözləntilərdən aşağı olmasını məmnuniyyətlə qarşılayıb. Tramp sosial şəbəkə üzərindən etdiyi açıqlamada bu inkişafı təqdir edərək, ABŞ Mərkəzi Bankına (Fed) yenidən faiz dərəcələrini endirməsi üçün çağırış edib.

 

İSTEHLAKÇI QİYMƏTLƏRİ İNDİSİ YENİ AÇIQLANIB. MÖHTƏŞƏM RƏQƏMLƏR!”

Tramp paylaşımında belə yazıb:

“FED FAİZ DƏRƏCƏSİNİ TAM 1 BƏND ENDİRMƏLİDİR. BELƏLİKLƏ, ÖDƏNİLMƏLİ OLAN BORCLARA DAHA AŞAĞI FAİZLƏ ÖDƏMƏ EDƏ BİLƏRİK. ÇOX VACİBDİR!!!”

 

İLLİK İNFLYASİYA GÖZLƏNTİNİN ALTINDA QALIB


ABŞ Əmək Statistikaları Bürosunun məlumatına görə, ölkədə illik inflyasiya may ayında 2,4% olub. Bazarın gözləntisi isə 2,5% səviyyəsində idi. Aylıq əsasda isə qiymət artımı may ayında 0,1% təşkil edib. Bu göstərici iqtisadçıların 0,2%-lik proqnozunun altında qalıb.


A haber

Asiman Vəliyeva