Bakı-Tbilisi-Qars layihəsində nəzərdə tutulan işlərin 98,5 faizi yerinə yetirilib-AÇIQLAMA

Bölmə: Dünya › ,
Tarix: 13:01 04.07.2025

 

Bakı-Tbilisi-Qars layihəsində nəzərdə tutulan işlərin 98,5 faizi yerinə yetirilib.


"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti açıqlama yayıb. 

 

Qeyd edilib ki, Gürcüstan Dəmir Yolunun modernləşdirilməsi layihəsi də başa çatmaq üzrədir, bundan sonra BTQ-nin gücü demək olar ki, iki dəfə artacaq. Xəttin ötürücülük qabiliyyətinin 27 milyon tondan 48 milyon tona yüksələcəyi proqnozlaşdırılır.