Şirməmməd Hüseynovun vəziyyəti pisləşdi

Bölmə: MEDİA › ,
Tarix: 13:32 27.07.2016

Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb.

O, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Ş.Hüseynovun həyat yoldaşı faktı təsdiqləyib. O, bildirib ki, qocaman jurnalistin 3 gün bundan öncə vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib: “Hazırda müalicə olunur. Vəziyyəti normaldır”.