Qeyri-rəsmi evliliklər: Hüquqi çərçivə və sosial reallıqlar

Tarix: 16:39 24.07.2025
Qeyri-rəsmi evliliklər qanunvericilik baxımından hüquqi nəticələr doğurmur və dövlət qeydiyyatına alınmır. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O qeyd edib ki, qanunvericiliyə əsasən yalnız dövlət qeydiyyatından keçmiş nikah hüquqi qüvvəyə malikdir.
“Bir tərəfdən, əhalinin müəyyən hissəsi bu qadağanı alqışlayıb, onu gələcək nəsillərin sağlamlığının qorunması baxımından mühüm və zəruri addım kimi qiymətləndirib. Digər tərəfdən isə bəzi regionlarda qohum evlilikləri illərlə formalaşmış sosial-mədəni ənənələrin tərkib hissəsi kimi qəbul olunduğundan, qanunvericilikdə edilən bu dəyişikliyin tam şəkildə qəbul edilməsi və tətbiqi üçün zamana, ardıcıl maarifləndirməyə və ictimai şüurun dəyişməsinə ehtiyac var”, – deyə İbrahimova bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev qeyd edib ki, qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları hər halda rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə tam bərabər deyil:
“Bir şərtlə ki, atalığın tanınması məsələsində uşağın doğum haqqında şəhadətnaməsi olsun. Bununla belə, alimentin ödənilməsi və uşağın məktəbə yazılması proseslərində bu sənəd ciddi əhəmiyyət daşıyıb. Qeyri-rəsmi evliliyin sonlandırılması halında birgə mülkiyyət məsələsi ortaya çıxıb. Tərəflərin bir-birinin qazandığı əmlakda pay sahibi ola bilməsi üçün rəsmi nikahın olması vacibdir. Ata uşağa öz soyadını verdikdən sonra uşaq eyni hüquqlardan istifadə edə bilib. Əvvəllər bu belə deyildi, lakin sonralar bu məsələ həllini tapıb. Qeyri-rəsmi nikahda ər-arvaddan biri vəfat edərsə, digər tərəf onun qanun üzrə məcburi miras payına sahib olan şəxs kimi tanınmır”.
Aygün Babayeva

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.