TƏHLÜKƏLİ ASTEROİD YERƏ YAXINLAŞIR
Bölmə: Hadisə › ,Tarix: 12:02 10.08.2023
Hər il müxtəlif zamanlarda asteroidlərin dünyanın yaxınlığından keçəcəyi və yaxud yer kürəsiylə toqquşma təhlükəsinin olduğu ilə bağlı məlumatlar verilir. Son olaraq NASA yenidən nəhəng asteroidin Yerə yaxınlaşdığını açıqlayıb. Diametri 1 km-ə qədər olan asteroid avqustun 23-də Yerdən təxminən 6 milyon km uzaqlıqdan keçəcək. Obyekt Bakı vaxtılə 12:18 planetə mümkün qədər yaxınlaşacaq. Bundan əlavə asteroidin diametri 430-960 metr, sürəti isə saniyədə 14,25 km-dir. Üstəlik NASA Yerə 7,4 milyon km-dən yaxın məsafədə yaxınlaşan və ölçüsü 150 m-dən çox olan asteroidləri “potensial təhlükəli obyekt” hesab edir.
NASA və digər ölkələrdəki alimlərin asteroidləri təhlükəli hesab etməsi və daimə müşahidə altında saxlamasının bir neçə səbəbi var. Belə ki, bir çoxları keçmişdə Yerə çırpılıb və dünyanın tamamilə dəyişməsinə səbəb olub. Buna yer kürəsinə çırpılan, dinozavrları məhv edən asteroid iddiasını da misal göstərmək olar. Hətta tədqiqatçılar yerə dəyən 15 metrlik daşın belə İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya atılan atom bombası qədər zərər verə biləcəyini bildirirlər.
Asteroidlərin Yerə dəyməsinin qarşısını almaq üçün NASA bir çox layihələr üzərində işləyir. Lakin bu layihələrin reallaşması hazırda mümkün görünmür. bu tip təhlükələri aradan qaldırmağın yeganə yolu hələlik onları aşkar etmək və yönləndirməkdir. Bunun üçün isə astronomlar ilkin növbədə toqquşma təhlükəsi yarada biləcək göy cisimlərini aşkar edərək uzun müddət ərzində onu izləyirlər.
Cavid