Onlar 10 ildən sonra ilk dəfə tətilə çıxıblar

Bölmə: Maraqlı › ,
Tarix: 23:00 31.05.2024

Fransalı əczaçılar son 10 ildə ilk dəfə tətilə çıxıblar. Sektorun böhran içində olduğunu deyən əczaçılar internetdə dərman satışının dayandırılmasını istəyiblər.

 

Fransada son 10 ildə ilk əczaçı tətili başladı. Tətil elan edən Əczaçılar Birliyi Federasiyasının prezidenti Filip Besset onlayn dərman satışının dayandırılmasını tələb edib. "Hər il 300 aptek bağlanır və bu rəqəm 2024-cü ilin əvvəlində bu rəqəmi keçib. Bəli, bu, sektor böhranıdır. Bu, tam olaraq onun üçün yeni qaydalar və yeni qanunlar istədiyimiz anda baş verən böhrandır" dedi.

 

Onlayn satışlar artdığı üçün apteklər bağlanır. Əczaçılar birlikləri bunun təhlükəsiz olmadığını və cəmiyyətə heç bir töhfə vermədiyini bildirir. Bu da əmək itkisi yaradır. Philippe Besset, "Bu, xərc deyil, resursdur, fəaliyyətdir. Özümüzü aldatmayaq, bütün bu yerli strukturlarda bir az problem var. Siz bu dövriyyəni, bu fəaliyyəti və Bunu internetdə satsanız, əslində hər şeyin, bütün yerli strukturların bağlanmasına səbəb olarsınız, "Bu, dükanlara aiddir, ancaq səhiyyə müəssisələri üçün də keçər" dedi.

 

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Aysel Ağakərimova