İnsanlar niyə alqışlayırlar?

Bölmə: Maraqlı › ,
Tarix: 17:33 05.06.2024

Kann Film Festivalında bəzi filmlər 10 dəqiqədən çox sürəkli alqışlarla qarşılanır. İş o yerə çatıb ki, 2006-cı ildə festivalda “Panın labirinti” filmi nümayiş etdiriləndə tamaşaçılar 22 dəqiqəlik ayaqda alqışlarla qarşıladılar, ona görə də mən qızımdan taymer qoymağı xahiş edərək Kann alqışlarını sınamağa çalışdım.

 

Saniyələr ötdükcə "Ata, niyə belə edirik?" soruşan qızıma “elm üçün” cavabını verdim. 60 saniyədən sonra “Asandır, mən bunu həmişəlik edə bilərəm” deyə düşündüm və bir müddət sonra ağlıma bəzi suallar gəldi: İnsanlar ilk növbədə nəyisə, kimisə qiymətləndirmək üçün niyə ovuclarını bir-birinə vurmağa başladılar? Heyvanlar da əl çalırmı? Niyə Kann tamaşaçıları və ya biz siqnal çalmaqdan, fit çalmaqdan və ya hər hansı bir hərəkət etməkdənsə, alqışlamağa üstünlük veririk?

 

Psixoloq Alan Krouli iddia edir ki, Homo Sapiens (müasir insanlar) qədim zamanlardan alqışlamağa başlayıb. 2023-cü ildə bu mövzuda yazdığı məqalədə şifahi dil olmadığı vaxtlarda əcdadlarımızın yırtıcıların yaxınlaşdığını xəbərdar etmək, bəzilərinin isə oyun üçün və ya rəqiblərini narahat etmək üçün əl çalma səsləri çıxardıqlarını ortaya qoyub. Bu gün bəzi primatlar uzaq insanlarla ünsiyyət qurmaq və ya həmyaşıdlarının diqqətini çəkmək üçün əl çalmaqdan istifadə edirlər. Su altındakı boz suitilər də güclərini və hökmranlıqlarını göstərmək üçün əl çalırlar.

 

Mənbə: BBCNews

Aytac Kərimova