REC rəhbəri: Rusiya Çinlə hesablaşmalarda problemləri aradan qaldırır
Bölmə: Siyasət › ,Tarix: 19:58 06.06.2024
"Rusiya və Çin ölkələr arasında ödənişlərdə yaranan problemləri aradan qaldırmaq üçün birlikdə çalışır".
"İnformator.az" xəbər verir ki, Rusiya İxrac Mərkəzinin (REC) baş direktoru Veronika Nikişina bu barədə SPIEF-də NEWS.ru ilə söhbətində bildirib.
Nikişina təsdiqləyib ki, tərcübədə həqiqətən də çətinliklər var. Hazırda Rusiya Federasiyası və Çinin tənzimləyiciləri digər ölkələrin sanksiya rejimlərinin təsirinə məruz qalmayacaq bir hesablaşma sistemi yaratmağa çalışırlar, deyə o vurğulayıb.
REC nümayəndəsi qeyd edib ki, Rusiya hökumətinin və Rusiya Bankının nümayəndələri bu məsələ üzərində işləyirlər. Həll yolu tapılana qədər bu hər kəsin diqqət mərkəzində olacaq.
Qeyd edək ki, əvvəllər məlum olub ki, Rusiyadan Çinə transferlər bir neçə ay gecikməyə başlayıb. DHH hüquq firmasının Moskva ofisinin baş tərəfdaşı Yuan Yinin sözlərinə görə, bu, ticarət müqavilələrinin şərtlərinə əməl olunması ilə bağlı qeyri-müəyyənliyə gətirib çıxarır. “Reuters”in məlumatına görə, Çinin maliyyə qurumları ABŞ-ın ikinci dərəcəli sanksiyalar tətbiq etməsindən qorxurlar. Hazırda əməliyyatların yarısı üçüncü ölkələrin vasitəçilərinin köməyi ilə həyata keçirilir.
Banuçiçək Kalbalıyeva