Dünyada baş verən siyasi məsələlər Azərbaycan mediasına necə təsir bağışlayır?-Ekspert RƏYİ

Tarix: 09:02 26.02.2025
"Siyasi proseslər bütün ölkələrin kütləvi informasiya vasitələri sisteminə təsir edir. Mətbuatla cəmiyyət və siyasət arasında baş verən proseslər bir-biri ilə bağlıdır. Mətbuat ictimai şüuru formalaşdırır və siyasi proseslərin inkişafına təkan verdiyi üçün siyasi məsələlər də öz əksini mətbuatda tapır".
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib. Onun sözlərinə görə, siyasi proseslər o cümlədən, Cənubi Qafqaz regionunda baş verən hadisələr Azərbaycan mediasında da özünü təzahür etdirir:
"İstənilən KİV-də əsas mövzular məhz regionda və dünyada baş verən siyasi proseslərdir. Məsələn, Cənubi Qafqaz, Yaxın Şərq regionları, fərqli ölkələrdəki daxili vəziyyət buna nümunədir. Bu, təsadüfi deyil. Birbaşa olaraq mətbuatın "IV hakimiyyət" və "VI böyük dövlət" kimi siyasi proseslərin təqdim olunub, təhlil olunmasında mühüm rol oynaması ilə əlaqəlidir. Məhz II Qarabağ müharibəsi və siyasi proseslər Azərbaycan mediasına yenilik gətirib. II Qarabağ müharibəsindən sonra Azərbaycan mediasında siyasi proseslərin işıqlandırılmasında yeni mərhələ başladı. Dezinformasiyaya qarşı, müxtəlif süni intellekt texnologiyalarına qarşı bilik və bacarıqlarımızı inkişaf etdirdik. Nəticədə bu gün Azərbaycan KİV sistemi müxtəlif bölgələrdə baş verən hadisələrə adekvat münasibət ortaya qoyur".
Nurcan İsmayılova