Putin Braziliya prezidenti ilə telefon danışığı edəcək
Bölmə: Siyasət › ,Tarix: 20:01 06.06.2024
Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Braziliya lideri Luiz İnasio Lula da Silva ilə telefon danışığı etməyi planlaşdırır.
"İnformator.az" xəbər verir ki, o, bu barədə Yeni İnkişaf Bankının prezidenti Dilma Russefflə görüşündə danışıb.
Vladimir Putin Braziliya lideri Lula da Silvaya ən xoş arzularını çatdırmağı xahiş edib. "O və mən ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxın bir neçə gün ərzində telefon danışığı aparmağa razılaşdıq", - Rusiya lideri qeyd edib.
O, həmçinin əlavə edib ki, payızda Kazanda keçiriləcək BRİKS sammitində Braziliya prezidenti ilə görüşməyi planlaşdırır.
Qeyd edək ki, aprelin 24-də Braziliyanın Moskvadakı səfiri Rodriqo de Lima Baena Soareş Braziliya lideri Lula da Silvanın oktyabrda Rusiyada keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.
Banuçiçək Kalbalıyeva