Almaniya Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlığını qiymətləndirib

Bölmə: Siyasət › ,
Tarix: 23:22 07.06.2024

Keçmiş alman diplomatı Yoahim Bitterlix WION telekanalına müsahibəsində Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlığını dəyərləndirib.

 

 "Avropada yalnız iki ordu real qarşıdurmaya hazırdır - fransızlar və ingilislər" Bitterlix hesab edir ki, Almaniya müdafiə xərclərinin azalması səbəbindən hazırda Avropadakı digər silahlı qüvvələrdən xeyli geri qalır.

 

 O xatırladıb ki, əvvəllər alman qoşunları Yuqoslaviya, Balkanlar və Əfqanıstandakı hərbi münaqişələrdə iştirak ediblər. Ekspertin sözlərinə görə, 30 il ərzində Almaniyada qoşunların ümumi sayında, eləcə də hərbi büdcədə, sursat və texnikada azalma var.

 

 Bundan əvvəl Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermann bildirmişdi ki, Almaniya Rusiyadan təhdid olunduğu üçün 900 min ehtiyatda olan əsgəri qeydiyyata almalıdır. Beləliklə, o, Bundesverdə xidmət edənlərin xidmət etmiş kimi qeydiyyatdan keçmək istəməməsi problemini həll etməyə çağırıb.

 

Banuçiçək Kalbalıyeva