ABŞ: “Suriyanın şimalında seçki keçirməyin”
Bölmə: Siyasət › ,Tarix: 23:49 07.06.2024
ABŞ Dövlət Departamenti CNN Türk-ə verdiyi açıqlamada, "Biz Suriyada seçki keçirməməyə çağırdıq. Bunu Suriyanın şimal-şərqindəki bir sıra aktyorlara, o cümlədən Şimali və Şərqi Suriya Demokratik Muxtariyyətinə çatdırdıq (DAANES)" dedi.
"İnformator.az" xəbər verir ki, CNN Türk ABŞ nümayəndəsi Yunus Paksoy ABŞ Dövlət Departamentinin Suriyadakı seçkilərlə bağlı açıqlama verdiyini açıqlayıb. Paksoy ABŞ-ın “Biz Suriyada seçki keçirməməyə çağırdıq” dediyini bildirib.
ABŞ-dan verilən açıqlama isə belədir: "Suriyada keçiriləcək istənilən seçki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində olduğu kimi azad, ədalətli, şəffaf və əhatəli olmalıdır. Biz belə bir seçkinin şərtlərinin belə olduğunu düşünmürük. Hazırda Suriyanın şimal-şərqində hazırıq: “Biz Şimali və Şərqi Suriya Demokratik Muxtariyyəti (PKK-nın yaratdığı administrasiya) da daxil olmaqla, Suriyanın şimal-şərqindəki bir sıra aktorlarla əlaqə saxlayıb, onları bu vaxt seçki keçirməməyə çağırdıq”.
Tərcümə etdi: Aysel Ağakərimova