Cənubi Afrika prezidenti İtaliyada keçiriləcək G7 sammitini buraxacaq

Bölmə: Siyasət › ,
Tarix: 22:17 10.06.2024

Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya bildirib ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa dəvət almasına baxmayaraq, G7 liderlərinin İtaliyada keçiriləcək görüşündə iştirak etməyəcək. Bu barədə "informator.az" Tass-a istinadən xəbər verir.

 

"Prezident diqqət yetirməli olduğu cari daxili prioritetlərə görə G7-nin iclasında iştirak etməyəcək", - Maqvenya vurğulayıb.

 

G7 sammiti 13-15 iyun tarixlərində İtaliyanın Bari şəhəri yaxınlığındakı qapalı kurortda keçiriləcək. Cənubi Afrika Respublikası və G7-yə daxil olmayan beynəlxalq təşkilatlar da daxil olmaqla 15-ə yaxın dövlət başçısı iştirak etmək üçün dəvət olunub.

 

İyunun 14-də Cənubi Afrika Respublikasında parlamentin yeni aşağı palatasının ilk iclası keçiriləcək.Onun növbəti beş il üçün ölkə prezidentini seçəcəyi gözlənilir. Afrika Milli Konqresi partiyası öz lideri Ramafosa ikinci müddətə dövlət başçısı seçilmək üçün namizədliyini irəli sürüb.