Bağ evlərinin qiyməti necə dəyişir?-AÇIQLAMA
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:47 20.06.2024
Yay mövsümünün başlaması ilə əlaqədar əsasən insanların ən çox üz tutduğu yerlərdən biri də bağ evləridir. Hər kəs münasib qiymətə bir ay da olsa, bağda istirahət etmək istəyir. Tələblər isə fərqlidir. Bəs kirayə bazarında qiymətlər necədir?
Əmlakçı Şuriyə Əliyev bildirib ki, fəsil daxil olmamış bron edirdilərsə, indi o yoxdur:
"Çox az müraciətlər olur. O da qiymətlərlə əlaqədar ya alınır, ya alınmır. Əsasən hovuza üstünlük verilir. Hovuzun olub-olmaması bağ evinin qiymətinə çox təsir edir. Hovuzlu bağlar minimum 2000 manatdan başlayır, hovuzsuz bağlar 2000 manatdan aşağı civarlarda olur. Ən baha bu il 5000 manat, 5500 manat bağ kirayə verilir. Aylıq baha olur deyə, 1 ay ,2 ay müddətinə götürə bilmirlər. Əsasən ad günlərində bir neçə ailə kiçik öz daxillərində keçirmək istəyirlər. Günlüklərin,günlük tələbatın əsasən məqsədi onlardır".
Əmlakçı Elman Həsənovun sözlərinə görə, qiymətlərə təsir edən əsas amil evin şəraiti və yerləşdiyi ərazidir:
"Genişliyi, yaşıllığı, bağ-bahatı, yaşamaq üçün şərait gözəldirsə, onun qiyməti seçilir. Nə qədər dənizə yaxındırsa, bir o qədər qiymət yüksəkdir".
Hazırda tələbat daha çox Mərdəkan, Novxanı , Şuvəlan və Bilgəhdə yerləşən bağ evlərinədir.