Peyğəmbərlərə qarşı təhqiramiz ifadələrə yol verənlər məsuliyyətə cəlb olunacaqlar-Ərdoğan

Tarix: 22:19 02.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü bildirib ki, Peyğəmbər Məhəmmədə və digər peyğəmbərlərə qarşı “hörmətsiz davranış” sərgiləyənlər qanun qarşısında məsuliyyət daşıyacaqlar.
“Bunun izləyicisi olacağıq”, – deyə Ərdoğan sosial şəbəkə X-də yazıb. O, bunu satirik “Leman” jurnalının 26 iyun tarixli buraxılışında yer alan bir karikaturaya münasibət bildirərkən deyib. Karikaturada İsrail-İran münaqişəsinə eyhamla Peyğəmbər Məhəmməd və Musa peyğəmbər dağıntılar içindəki bir şəhərin üzərində bir-birilə əl sıxarkən təsvir olunublar.
Ərdoğan əlavə edib: “Bu, satira adı altında həyata keçirilmiş açıq və iyrənc bir təxribatdır".
O vurğulayıb ki, ölkənin təhlükəsizlik və məhkəmə orqanları bu “nifrət cinayəti” ilə bağlı dərhal tədbir görüblər: jurnal müsadirə olunub və lazımi hüquqi prosedurlar başladılıb.
Anadolu Agency
Ayan Əsgərova