Türkiyə İslam ölkələrinin birliyini təmin edə bilər-İraq Parlamentinin sədri

Tarix: 22:21 02.07.2025
İraq Nümayəndələr Palatasının sədri Mahmud Maşahdani bəyan edib ki, İraq və Türkiyə arasında əlaqələr gücləndirilməlidir: “İnkişaf yolu strateji bir layihədir. Bu baxımdan təhlükəsizlik sahəsində əməkdaşlıq daha da önəm kəsb edir. İqtisadi əməkdaşlıq da bu istiqamətdə öz töhfəsini verir".
Maşahdani bu fikirləri Türkiyə Böyük Millət Məclisində parlament sədri Numan Kurtulmuşla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
İraqlı siyasətçi qeyd edib ki, İslam ölkələri arasında birlik olduğu təqdirdə Qəzzaya və İrana hücumlar baş verməz:
“Birliyin olmaması düşmənləri bizə hücum etməyə vadar edir”, – deyə Maşahdani bildirib və əlavə edib ki, Qəzzada aylardır qətliam davam edir, lakin bu vəhşiliyin qarşısını almaq üçün heç nə edə bilmirlər.
Anadolu Agency
Ayan Əsgərova