Prezident İlham Əliyevin Qazaxıstan səfəri: Nələr gözlənilir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 17:38 03.07.2024

Prezident İlham Əliyevin Qazaxıstana səfəri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.

 

Zirvə toplantısı çərçivəsində gələcəkdə ölkələr arasında hansı layihələrin baş tutacağı gözlənilir?

 

Bu barədə “informator.az”a açıqlamasında politoloq Əli Zülfüqaroğlu bildirir ki, Azərbaycan Prezidenti ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunub:

 

“Bu Azərbaycan Respublikasının, eyni zamanda Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatı böyük platformadır. Azərbaycanın dəvət olunması, toplantıda dövlət başçısının çıxışı, müxtəlif müzakirələrin aparılması Azərbaycan və üzv olan təşkilatlar arasında iqtisadi, siyasi, nəqliyyat, təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq perskpektivlərinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional güc olaraq önə çıxması üçün müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısının ŞƏT-də iştirakı bundan sonra Azərbaycanla təşkilat və təşkilata üzv olan ölkələr arasında əlaqələrin daha da inkişafına təkan verəcək”. 

 

 Gülnisə Əfkari