Diş ağartma prosesində yanlış tətbiq diş itirilməsinə səbəb olur

Tarix: 22:30 25.02.2025
Diş ağartma prosedurlarının mütləq diş həkimi nəzarətində aparılması vacibdir! Mütəxəssislər xəbərdarlıq edirlər ki, ev şəraitində edilən yanlış diş ağartma üsulları diş itkisinə qədər gətirib çıxara bilər.
Ankara Universiteti Diş Həkimliyi Fakültəsinin dekanı Prof. Dr. Alper Kuştarcı, estetik qayğıların artdığını və diş estetik görünüşünün vacib amilə çevrildiyini bildirərək, diş ağartma prosedurlarına marağın yüksək olduğunu vurğulayıb.
Prof. Dr. Kuştarcı, diş ağartma ilə bağlı cəmiyyətdə yanlış tətbiqlərin olduğunu və ən böyük səhvlərdən birinin dişləri aşındırıcı maddələrlə ağartmağa çalışmaq olduğunu bildirib. O qeyd edib: "Bəzi insanlar dişlərini limon suyu və soda qarışığı ilə fırçalayır, hətta çamaşır suyu istifadə edənlər var. Bu maddələr orqanik toxumaları məhv edir və diş minasına ciddi ziyan vurur. Xüsusilə diş ətinin çəkilməsi olan insanlarda diş köklərində eroziya yarana bilər və bu proses diş itkisinə qədər davam edə bilər”.
Prof. Dr. Kuştarcı qeyd edib ki, diş ağartma proseduru hər kəs üçün uyğun deyil. 18 yaşdan kiçiklərdə, hamilə və ya süd verən qadınlarda bu prosedur tətbiq edilməməlidir. O, eyni zamanda, nəzarətsiz şəkildə bazardan əldə edilən diş ağartma məhsullarının geri dönməz diş həssasiyyətinə səbəb ola biləcəyini vurğulayıb.
A Haber
Mehriban Nəsibova