Ermənistan ABŞ ilə strateji tərəfdaşlığa hazırdır

Bölmə: Siyasət › ,
Tarix: 19:06 04.07.2024

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Co Baydenə ABŞ-ın Müstəqillik Günü münasibətilə göndərdiyi mesajda Ermənistanın ABŞ-la münasibətlərini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu bildirib.

 

“Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar, iqtisadi və enerji dayanıqlığının təşviqi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlığımızı daha da genişləndirmək əzmimiz strateji iqtisadi potensialın yüksəldilməsi baxışında öz əksini tapıb. Ermənistan və ABŞ arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək”, - Ermənistanın baş naziri bildirib.

 

“Ermənistan regionumuzda sülh quruculuğu prosesində ABŞ-ın rolunu yüksək qiymətləndirir və Birləşmiş Ştatların Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir”, - Paşinyan bildirib. 

 

“Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləmək və əmin olduğumu bildirmək istərdim ki, bu kritik anda davam edən və gücləndirilmiş tərəfdaşlığımız iki ölkə və region üçün dinc və firavan gələcəyin qurulmasına töhfə verəcək”,- Ermənistanın baş naziri sonda qeyd edib. 

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari