Sülh üçün möhkəm təməl yaradılarsa, Ukraynada münaqişə dayandırıla bilər-Ərdoğan
Bölmə: Siyasət › ,Tarix: 23:01 04.07.2024
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarus prezidenti Aleksandr Lukaşenkoya sülh üçün möhkəm zəmin yaradılarsa, Ukraynada münaqişəyə son qoymağın mümkün olacağına inandığını deyib.
Liderlərin görüşündə Türkiyə və Belarus arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsinin nəticələri, regional və qlobal məsələlər müzakirə edilib. Görüş zamanı prezident Ərdoğan bildirib ki, Ukrayna ilə Belarus arasında davam edən müharibənin dayandırılması üçün addımlar atılmalıdır. O bildirib ki, sülh üçün möhkəm zəmin yaradılarsa, bu, dayandırıla bilər.
Bəyanata görə, Ərdoğan Türkiyənin “sülh üçün səylərini davam etdirmək və bu məsələdə hər iki tərəflə səmimi ünsiyyət qurmaq” niyyətini təsdiqləyib.