Mete Vardardan Superkubok açıqlaması

Bölmə: İdman › ,
Tarix: 22:22 10.07.2024

"Beşiktaş"ın vitse-prezidenti Mete Vardar Superkubok matçı ilə bağlı açıqlama verib.

 

Yeni mövsüm hazırlığının ilk mərhələsini İstanbulda reallaşdıran "Beşiktaş" yoldaşlıq oyunları keçirəcəyi ikinci mərhələ düşərgəsi üçün Sloveniyaya gəlib.

 

Qraz hava limanında çıxış edən Beşiktaş vitse-prezidenti Mete Vardar, “Daha əvvəl Superkubokun Atatürk Olimpiya Stadionunda oynanılması üçün çağırış etmişdiniz. “Bu məsələdə irəliləyiş varmı? O, suala belə cavab verib:

 

“İrəliləyiş var, bunun müsbət olacağını düşünürük. Dünən TFF rəsmiləri ilə danışdığımız zaman bu çağırışın müsbət qarşılandığı bildirilib. Matçın Atatürk Olimpiya Stadionunda oynanılması ehtimalı 80 faizdir”.

 

Transfer çalışmaları ilə bağlı Mete Vardar, “Prezidentimiz və vitse-prezidentimiz Hüseyn bəyin rəhbərliyi ilə mühüm işlər görülür. Biz buradayıq. Mən düşərgənin uğuruna töhfə vermək üçün komanda ilə buradayam".

 

Vüqar Alışov